• İDMAN

    13:29 3 iyun 2019

“Zirə” Azərbaycan millisinin futbolçusu ilə müqavilə bağlayıb

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubdan ONA-ya verilən məlumata görə, Bakı təmsilçisi Elvin Camalovla anlaşıb.

24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb. Camalov daha əvvəl “Qəbələ”də forma geyinib. Elvin həmçinin Azərbaycanın müxtəlif yaş qrupu üzrə milli komandalarının da şərəfini qoruyub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR