• İDMAN

    10:17 25 fevral 2019

"Zirə” Topaz Premyer Liqasında sonuncu pilləni tərk edib

Topaz Premyer Liqasında XVIII tura yekun vurulub. ONA-nın məlumatına görə, turun son qarşılaşması Sumqayıtda keçirilib.

“Kapital Bank Arena”da keçirilən görüşdə çempionatın autsayderləri “Sumqayıt”la “Zirə” üz-üzə gəlib. Matçın taleyini 1 qol həll edib.

İlk hissənin ortalarında hesabı açan paytaxt təmsilçisi 1:0 hesablı səfər qələbəsi qazanıb.

Bu qələbədən sonra sonuncu pilləni tərk edən “Zirə” 6-cı yerə yüksəlib. “Sumqayıt” isə 8-ci sıraya enib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Keşlə” ilə 0:0, “Sabah” “Qarabağ”la 1:1 hesablı heç-heçə edib. “Səbail” isə səfərdə “Neftçi”yə qalib gəlib – 2:1.

Topaz Premyer Liqası

XVIII tur

24 fevral (bazar)

“Sumqayıt” – “Zirə” – 0:1

Qol: Mfo Kqasvane, 23

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Vüqar Həsənli

Hakim-inspektor: Əhmədağa Cabbarov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Kapital Bank Arena”, 18:30

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçi

18

11

5

2

30-13

38

2

Qarabağ

18

11

5

2

38-17

38

3

Səbail

18

9

3

6

22-17

30

4

Qəbələ

18

6

6

6

20-20

24

5

Sabah

18

6

3

9

15-23

21

6

Zirə

18

4

5

9

15-27

17

7

Keşlə

18

4

4

10

18-29

16

8

Sumqayıt

18

4

3

11

14-26

15

Bombardirlər: Baqali Dabo ("Neftçi") - 8, Mahir Mədətov ("Qarabağ"), Marko Deviç ("Sabah") -7 qol.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR