• İDMAN

    14:41 18 mart 2019

Daliç: “Argentina, Fransa və ya Braziliyaya ilə deyil, Azərbaycanla oynayacağıq”

“Oyun üslubumuzu dəyişməliyik. Çünki artıq Argentina, Fransa və ya Braziliyaya ilə deyil, Azərbaycanla oynayacağıq”. ONA-nın məlumatına görə, bunu Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç deyib.

Təcrübəli mütəxəssis AVRO-2020-nin Azərbaycanla seçmə oyunu ərəfəsində müsahibə verib. Z.Daliç martın 21-dəki qarşılaşmada kimlərdən ehtiyatlandığını və komandası üçün zəruri olan məqamları vurğulayıb: “Artıq vəziyyət dəyişib. Biz illərlə təkmilləşdirdiyimiz kimi oynaya bilmərik. Biz favoritik, topa nəzarət etməli, inamlı olmalıyıq. Azərbaycan millisində iki hücumçu və braziliyalı orta sahədə yer alan Riçard Almeydanı qeyd edə bilərəm. Amma hər şey bizdən, oyuna necə kökləməyimizdən asılıdır. Önəmli olan futbolçuların düşüncələrini klubdan yığmaya çevirmələridir”.

Qeyd edək ki, martın 21-də keçiriləcək Xorvatiya – Azərbaycan oyunu Zaqrebin “Maksimir” stadionunda baş tutacaq.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR