• İDMAN

    20:51 20 mart 2019

Zlatko Daliç: “Azərbaycan millisini xorvat deyil, başqa məşqçi çalışdırsaydı...”

“Asan rəqib olmur. Final mərhələsinə vəsiqə uğrunda mübarizə aparırıqsa, kifayət qədər ciddi olmalıyıq ki, istəyimizə çataq”. ONA-nın məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç deyib.

O, AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla sabah keçiriləcək oyununa həsr olunan mətbuat konfransında iştirak edib. Z.Daliç öncə qarşılaşma barədə fikirlərini açıqlayıb: “Hazırlıq dövründə Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlarını izlədik. Amma hər şey bizdən asılıdır. Onlar bura müdafiə olunub, əks-hücumlarla ən yaxşısına nail olmağa gəliblər. Biz səbirli olmalıyıq. Üç xal üçün oynayırıq və bunu əldə etməyə 90 dəqiqəmiz var. Erkən qol vurmasaq da, bu, hələ heç nə demək deyil”.

Z.Daliç yığmamızı xorvatiyalı Nikola Yurçeviçin çalışdırmasına da münasibət bildirib: “Azərbaycan millisini xorvat deyil, başqa məşqçi çalışdırsaydı, xoşbəxt olardım. İlk oyunda bizə çətin olacaq. O, uzun illər yığmada köməkçi məşqçi olub. Bizim ondan gizlədə biləcəyimiz heç nə yoxdur. Mən ona məşqçi kimi çox hörmət bəsləyirəm”.

Z.Daliç sabah meydana buraxacağı “11-lik”, xüsusilə də geniş müzakirə olunan qapıçı mövqeyi ilə bağlı sualdan yayınıb: “Bilirsiz ki, mən öncədən heyət açıqlamağı sevmirəm. Hər şeyi sabah görəcəksiz. Bir az gözləyin”.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR