• İDMAN

    15:17 4 mart 2019

Zlatko Daliç: “Azərbaycan səddini qırmaq çətin olacaq”

“Seçmə mərhələdəki ilk oyunumuza çox vaxt qalmayıb. Bu üzdən də ciddi və məsuliyyətli olmalıyıq. Əgər işimizə peşəkar yanaşmasaq, hər şey bizim üçün ağır olar”. ONA-nın məlumatına görə, bunu futbol üzrə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç deyib.
O, Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla oyun öncəsi mətbuat konfransı keçirib. Jurnalistlərin suallarını cavablandıran mütəxəssis millimizdən ehtiyat etdiyini gizlətməyib: “İndi biz oyun üslubumuzu dəyişməliyik. Topa nəzarət etməli, səbirli olmalı, meydanda diktə edən komandaya çevrilməliyik. Ümid edirəm ki, rəqiblərimizi düzgün qiymətləndirib, oyunlardan itkisiz ayrılacağıq. Azərbaycan səddini qırmaq çətin olacaq. Onlar Nikola Yurçeviç sayəsində yığmamıza çox yaxşı bələddirlər. O, komandamız barədə hər şeyi bilir. Bu səbəbdən də güclü oynamalıyıq. Bizə qələbə lazımdır və bu, özümüzdən asılıdır. Qarşılaşmada anşlaq və azarkeşlərin dəstəyini gözləyirik. Onda bizə heç nə edə bilməzlər”.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan matçı martın 21-də olacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR