• İDMAN

    02:11 22 mart 2019

Zlatko Daliç: "Azərbaycanın müdafiə səddini yarmaq çox çətin idi"

“Üç xal qazandığımız üçün xoşbəxtəm. Bu, bizim üçün çox vacib idi”. ONA-nın məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç deyib.

53 yaşlı mütəxəssis AVRO-2020-nin Azərbaycan yığması ilə Zaqrebin “Maksimir” stadionunda keçirilən səfər oyunundan sonra baş tutan mətbuat konfransına qatılıb. Z.Daliç yetirmələrinin 2:1 hesablı qələbəsinə şərh verib: “Biz zədəli Ante Rebiçlə Marselo Brozoviçi qoruduq. Bu, bizi düşünməyə vadar edən ən çətin və ağrılı məsələlər idi. Azərbaycanın müdafiə səddini yarmaq çox çətin idi. Amma biz səbirli davrandıq və lazımı qələbəni qazandıq. Buna layiq idik”.

Z.Daliç artıq növbəti oyunu – Macarıstanla görüşü düşündüyünü bildirib: “Üç gün fasilə ilə iki matç keçirmək çətindir. Buna görə də belə plan qurduq ki, Rebiçlə Brozoviçin gücünü saxlayaq. Amma bizim yaxşı komandamız var və biz hamıya şans veririk. Macarıstana azarkeşlərin qanadında yollanırıq. Yusip Brekalo və Bruno Petkoviç əla oynadılar. Xüsusilə də Brekalonun oyunundan məmnun qaldım”.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR