• İDMAN

    11:21 14 mart 2019

Zlatko Daliç: “Azərbaycanla oyunda hesabı açanadək səbirli olmalıyıq”

“Azərbaycanla AVRO-2020-nin ilk seçmə oyununda hər şey özümüzdən asılı olacaq. Həlledici amil matça köklənməyimiz və ustalıq keyfiyyətlərimizi nümayiş etdirməyimizdir”. ONA-nın məlumatına görə, bu sözləri futbol üzrə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç deyib.

53 yaşlı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin martın 21-də Azərbaycan yığmasına qarşı keçiriləcək oyunu barədə fikirlərini açıqlayıb: “Düşünürəm ki, bizim ustalığımız yetərlidir və hər hansı ciddi problem olmayacaq. Təbii ki, bunun üçün işimizə ciddi yanaşmalıyıq. Azərbaycanla görüşdə böyük dəstəyimiz olacaq. Bütün stadion bizi dəstəkləyəcək. Bu oyunda hesabı açanadək səbirli olmalı və 3 xal qazanmaq imkanını qaçırmamalıyıq”.

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR