Topaz Premyer Liqasında III dövrənin son oyunları keçiriləcək
  • İDMAN

  • 14:55 14 Mart 2019

Topaz Premyer Liqasında III dövrənin son oyunları keçiriləcək

Sabah Topaz Premyer Liqasında III dövrəyə yekun vurulacaq. ONA-nın məlumatına görə, XXI turun qarşılaşmaları eyni gündə baş tutacaq.

Öncə turnir cədvəlinin ikinci yarısında qərarlaşan komandalar meydana çıxacaqlar. Uğursuzluq zolağında olan iki komanda – “Sabah”la “Sumqayıt” “Əlincə Arena”da görüşəcək. Bu il qələbə qazana bilməyən Ayxan Abbasovun yetirmələri 7 turluq həsrətə son qoymaqla son pillədən qurtulmağa çalışacaq. Paytaxt klubu isə beş matçlıq seriyanı qırmağa köklənib.

Eyni xala malik “Keşlə” və “Zirə” sonuncuların meydanında üz-üzə gələcəklər. “Sabah”ın büdrəməsini gözləyən bu komandalar 5-ci pilləyədək irəliləmək imkanına malikdir. Lakin paytaxt təmsilçilərinin duelində uduzacaq komanda sonuncu pilləyə də yuvarlana bilər.

Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində baş tutacaq son turda avrokuboklara iddialılar bir-biri ilə görüşəcəklər. İlk “üçlük”də qərarlaşan “Səbail”lə “Qarabağ” paytaxt təmsilçisinin meydanında münasibətlərini aydınlaşdıracaq. Qurban Qurbanovun yetirmələri ən azı iki saatlıq zirvəni ələ keçirmək, “Neftçi”nin uduzacağı halda isə fasiləyə lider kimi yollanmaq üçün mütləq qalib gəlməlidir. Bakılılar isə “Qəbələ” ilə xal fərqinin azalmaması üçün turu itkisiz keçməlidir.

Dövrəyə “Neftçi” – “Qəbələ” görüşü ilə yekun vurulacaq. Roberto Bordinin yetirmələri həm ikinci dövrədəki məğlubiyyətin əvəzini çıxmaq, həm də mövqeyini qorumaq üçün qalib gəlməlidir. “Qırmızı-qaralar” isə uduzmaq ehtimalı olan “Səbail”ə çatmaq imkanından yararlanmaq niyyətindədir.

Qeyd edək ki, IV dövrənin matçları martın 30-da və aprelin 1-də keçiriləcək.

Topaz Premyer Liqası
XXI tur
15 mart (cümə)

“Sabah” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Əlincə Arena”, 16:00

“Zirə” – “Keşlə”
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Rauf Allahverdiyev 
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev  
Zirə İdman Kompleksinin stadionu, 16:00 (pfl.az/canlı) 

“Səbail” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Nihad Məmmədov 
“Bayıl Arena”, 16:45 (CBC Sport/canlı)

“Neftçi” – “Qəbələ”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Etibar Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli 
“Bakcell Arena”, 19:00 (CBC Sport/canlı)

 

1

Neftçi

20

13

5

2

35-14

44

2

Qarabağ

20

12

6

2

39-17

42

3

Səbail

20

9

4

7

23-19

31

4

Qəbələ

20

7

7

6

23-22

28

5

Sabah

20

6

3

11

15-29

21

6

Keşlə

20

5

4

11

21-30

19

7

Zirə

20

4

7

9

16-28

19

8

Sumqayıt

20

4

4

12

15-28

16

Bombardir: Baqali Dabo ("Neftçi") - 9 qol.