• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:35 26 fevral 2019

ABŞ-da yəhudi və müsəlman təşkilatları Xocalıya həsr olunmuş tədbir keçirib

Nyu-York şəhərində yəhudi və müsəlman təşkilatları olan Amerika Sefard Federasiaysı (ASF) və Müsəlman Amerika Liderlik Alyansı (MALA) birlikdə Yəhudi Tarixi Mərkəzində Xocalı qətliamının qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

ONA-nın xəbərinə görə, Azərbaycanın ABŞ-dakı Səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə ABŞ-ın müxtəlif dini və etnik təşkilatların təmsilçiləri, yerli ictimai fəallar və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

ASF-nin icraçı direktoru Ceyson Quberman şəhid olmuş Xocalı sakinlərinin sayının 613 olduğunu və bu rəqəmin yəhudi dinində müqəddəs məna verdiyini vurğulayıb.

MALA-nın icraçı direktoru Zeynab Xan bildirib ki, dünyanın bir çox yerində nifrət və nifaq ideologiyası əsasında insanlara qarşı kütləvi qırğınlar törədilir. İnsanlar bu faciələri öyrənməli və yadda saxlamalıdır ki, bir daha belə hadisələrin baş verməsinin qarşısı ala bilsin.

Sonra yəhudi və müsəlman dini xadimləri şəhid olmuş Xocalı sakinlərinin ruhlarına dualar oxuyub.

Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Vüqar Qurbanov yəhudi və müsəlman təşkilatlarının birgə Xocalı qətliamının anımının təşkilini dinlərarası əməkdaşlığın bariz nümunəsi adlandırdı və mənsubiyyətindən asılı olmayaraq bütün insanların belə faciələrin anmasının mənəvi borc olduğunu xatırladıb.

Xocalı sakini və qətliamın canlı şahidi Anar Usubov Xocalının işğalı günü özünün və yaxınlarının başlarına gətirilən müsibətlər barədə xatirələrini paylaşıb. O, həmin gecə bir çox yaxınlarını itirdiyini, 11 yaşında girov götürüldüyünü, girovluqda insanlara işgəncə verildiyini xatırladıb.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR