"ABŞ və ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü Vaşinqtonda keçirməkdən məmnundur".
APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfirinin müavini Vilyam Gil bildirib:
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında çox məhsuldar görüş baş tutdu. Biz gözləyirik ki, daha pozitiv nəticələr əldə olunacaq".