• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    04:46 11 aprel 2021

Ağdamda 4 otaqlı ev əşyaları ilə birlikdə yanıb - FOTO

Ağdam rayonunun Çəmənli kəndində yanğın qeydə alınıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, yanğın kənd sakini Bəxtiyarov Murtuza Məhəmməd oğluna məxsus evdə baş verib.

Yanğını söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdam Yanğında mühafizə bölməsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər yanğını söndürərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alıb.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR