• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    12:12 12 iyun 2019

Almaniya Bundestaqının vitse-prezidenti: "Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunacaq"

"Almaniya və Azərbaycan arasında uzun tarixə malik əməkdaşlıq mövcuddur. Azərbaycan bir çox alman ailələri üçün sığınacaq olub. Aclıq və səfalət onları ölkələrini tərk etməyə məcbur etmişdi".

APA-nın məlumatına görə, bunu Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman Bakıda Milli Məclisin və ATƏT Parlament Assambleyasının (PA) təşkilatçılığı ilə keçirilən "Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı" və "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında bildirib.

O deyib ki, Bakıda alman mühacirlərinin izləri var, Göygöldə, Şəmkirdə alman kilsələri mövcuddur. Onun sözlərinə görə, Sovet İttifaqı dövründə Azərbaycan və Almaniya arasında əlaqələr zəifləyib: “Alman qəsəbələri ləğv edildi, 45000 alman Sibirə sürgün edildi. Sovet İttifaqı dağılandan sonra Azərbaycan Almaniyanın 5-ci neft təchizatçısına çevrilib. Alman dili ingilis və rus dillərindən sonra Azərbaycanda vacib dildir”.

Tomas Operman Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Dağlıq Qarabağda on illərdir, münaqişə davam edir və bundan əsas zərər çəkən insanlardır. Almaniya Azərbaycan və Ermənistan üçün etibarlı tərəfdaş olaraq qalacaq. Almaniyanın hər iki tərəfin etibar etdiyi vasitəçi kimi iştirak etmək şansı var. Ümid edirik ki, münaqişə sülh yolu ilə öz həllinə tapacaq".

T. Operman həmçinin Azərbaycan-Aİ arasında yeni saziş üzrə danışıqları alqışladığını bildirib və əlavə edib ki, danışıqlar bir qədər ləng getsə də, tərəflər doğru yoldadır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR