“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo qəbuledilməzdir”.
ONA-nın məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab mətbuat konfransında bildirib.
O əlavə edib ki, Almaniya münaqişənin sülh yolu ilə həllini dəstəkləyir: “Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında keçirilən görüşləri ümidlə izləyirdik. Ümid edirik ki, belə görüşlər gələcəkdə də davam edəcək. Almaniya ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir”.