Altı ay komada olan Vətən müharibəsi iştirakçısı, 26 yaşlı Nurlan Əbilov şəhid olub.
APA-nın məlumatına görə, həyat yoldaşı Aydan Əbilova bildirib ki, N. Əbilov bu gün səhər saat 7:00-da vəfat edib.
O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.
Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. Həmin vaxtdan Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.
Şəhidin 3 və 5 yaşlarında iki oğlu var.
Allah rəhmət eləsin!