• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    21:36 18 mart 2020

Anjey Kaspşik bəyanat yayıb: "Monitorinqlər koronavirusa görə dayandırılıb"

“Koronavirus pandemiyasının yayılması bölgədə beynəlxalq sərhədlərin bağlanmasına, beynəlxalq və yerli səviyyədə səyahət, habelə risklərin azaldılması üçün təmas məhdudiyyətlərinə səbəb olub”.

APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bunu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mətbuat üçün bəyanatında deyib.

O qeyd edib ki, göstərilənləri nəzərə alaraq və tərəflərlə məsləhətləşmələrdən sonra bu məhdudiyyətlər ləğv olunana qədər monitorinqlər dayandırılacaq: “Bu arada müvafiq hərbi qurumlarla əlaqə saxlamağa davam edirəm”.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR