Lənkəranın Cil kəndində aprel döyüşləri zamanı Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhid Əlizaman İslamovun anım mərasimi keçirilib. ONA-nın cənub bürosunun verdiyi məlumata görə, mərasimdə kənd sakinləri, şəhidin doğmaları, rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin şəxsi heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Əlizaman İslamov 2016-cı il aprelin 2-də Tərtər rayonunun Talış kəndi istiqamətində erməni təxribatının qarşısını alarkən 18 yaşında şəhid olub.
Prezident İlham Əliyevin sərəncamı ilə şəhid Əlizaman İslamov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.