“İşğaldan azad ediləndən sonra Dağlıq Qarabağ Azərbaycanın tərkibində ən yüksək status ala bilər”.
ONA-nın məlumatına görə, bu barədə İrəvanda səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev bildirib.
“Danışıqlar irəliyə addımdır. Tərəflərin humanitar əlaqələrin gücləndirilməsinə, o cümlədən qarşılıqlı jurnalist səfərlərinin keçirilməsinə hazırlıqlarını ifadə etmələri yaxşı haldır. Bu, müvafiq atmosfer yaradacaq",- deyə təşkilatın baş katibi bildirib.