"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin, həmçinin Ukrayna və Dnestryanı kimi münaqişələrin həllini tapılması istiqamətində aparılan danışıqlarda aparıcı tərəfdaşdır".
ONA-nın məlumatına görə, bu sözləri ATƏT-in baş katibi Tomas Qreminger Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.
"ATƏT ümid edir ki, Rusiya öz təsir imkanlarından istifadə edərək bu münaqişələrlə bağlı sülhün bərqərar olmasına yardım edəcək", - deyə o vurğulayıb.
Qeyd edək ki, Tomas Qreminger Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Rusiyada səfərdədir.