“ATƏT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş Minsk prosesində irəliləyişin olacağına ümid edir".
ONA-nın məlumatına görə, bu sözləri ATƏT-n baş katibi Tomas Greminger ATƏT Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, Ermənistan və Azərbaycan liderlərinin xalqları sülhə hazırlamağa sadiq olmaları çox ümidverici siqnaldır.
T.Gremingerin sözlərinə görə, münaqişəyə dair bütün mövcud vasitəçilik formatlarında konstruktiv şəkildə birgə əməkdaşlıq gücləndirilməlidir.