2018-ci il ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət nisbətən stabil olub.
ONA xəbər verir ki, bu barədə ATƏT-in 2018-ci ilin yekunları ilə bağlı yaydığı hesabatında deyilir.
Hesabata əsasən, bu müddət ərzində atəşkəs pozuntusu zamanı hər iki tərəfdən minaatan və qumbaralardan az istifadə halları və az sayda qurbanlar qeydə alınıb.