• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    18:01 10 aprel 2019

Hesabat: Həmsədrlərin münaqişənin həlli ilə bağlı səyləri ATƏT sədrliyi tərəfindən dəstəklənib

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyət göstərən Minsk prosesində irəliləyiş görəcəyimizə ümid edirik”.

ONA-nın məlumatına görə, bu barədə ATƏT-in baş katibi Tomas Gremingerin ATƏT-in 2018-ci ilin yekunları ilə bağlı yaydığı hesabatında yer alan müraciətində deyilir. Hesabatda o da qeyd olunur ki, ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətindəki səyləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşma Qrupunun fəaliyyəti ATƏT-in sədrliyi tərəfindən dəstəklənib.

Bildirilir ki, İtaliya prezidenti Sergio Mattraellanın regiona səfəri çərçivəsində onu müşayiət edən İtaliya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Moavereo Milanesi azərbaycanlı və ermənistanlı həmkarları ilə məhsuldar görüşlər keçirib. Görüşlərdə Dağlıq Qarabağı münaqişəsinin sülh və razılaşdırılmış həlli istiqamətində dialoqun bərpa imkanla müzakirə olunub.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR