• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:34 13 mart 2019

Miroslav Layçak: "Xalqları sülhə hazırlamaq Dağlıq Qarabağ münaqişəsinin həllində vacib elementdir”

“Xalqları sülhə hazırlamaq Dağlıq Qarabağ münaqişəsinin həllində vacib elementdir”.
ONA xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak İrəvanda keçirilən mətbuat konfransında deyib. O, son zamanlar sərhəddə gərginliyin azalmasını yüksək qiymətləndirərək bunun sülh prosesinə töhfə verəcəyini vurğulayıb: “Bizim ATƏT-dəki sədrliyimizin əsas prioritetləri münaqişələrin qarşısının alınması və təhlükəsiz gələcəyin təmin olunmasından ibarətdir”.
M.Layçak həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin işini tam dəstəklədiyini qeyd edib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR