Avropa Şurasının İnsan Haqları üzrə komissarı Dunya Miyatoviç Bakının Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
ONA-nın xəbərinə görə, D. Miyatoviç məcburi köçkünlərin yaşayış yerlərinə baxış keçirib, yataqxanadakı vəziyyətlə tanış olub.
Qeyd edək ki, iyulun 8-də Azərbaycana gələn D. Miyatoviçin səfəri ayın 12-dək davam edəcək. Səfər zamanı komissarın müxtəlif görüşləri nəzərdə tutulub.