"Leytenant Atayev Şamxal Cəliloğlu, mən fəxr edirəm ki, torpaqlarımızın azad edilməsində iştirak edirəm".
APA-nın məlumatına görə, bunu leytenant Müdafiə Nazirliyinin yaydığı videomüraciətdə deyib. O bildirib ki, bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir:
"Bölməmiz tərəfindən düşmənin zirehli texnikaları, canlı qüvvəsi və uzunmüddətli mühəndis tikililəri məhv edilmişdir. Ali Baş Komandanın dediyi kimi, Qarabağ Azərbaycandır!", - deyə leytenant vurğulayıb.