• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:47 27 mart 2019

Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Vyanada görüşəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Vyanada görüşəcəklər.

Bu barədə ONA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR