"Bu, Vətən Müharibəsidir”.
APA-nın məlumatına görə, bunu bu gün xarici ölkələrin səfirləri, diplomatları üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, hər bir xalqın taleyində belə hallar olur: “Biz də belə məqamda dövlətlərin əsl mövqeyini görmək də istəyirik”.