• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:56 29 mart 2019

Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında təkbətək görüş olub

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Vyanada təkbətək görüş olub.

ONA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “twitter” səhifəsində yazıb. Daha sonra görüş ATƏT-in Minsk qrupu həmsədrləri və hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam edib.

Görüş bir neçə saat əvvəl geniş tərkibdə başlayıb. Bu iki ölkə rəhbərinin ilk rəsmi görüşüdür.

Ötən gün Vyanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşü keçirilib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR