Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün yeri və günü barədə hələlik qərar yoxdur.
ONA-nın məlumatına görə, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan bildirib.
Xatırladaq ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin dünən yayılmış bəyanatında Azərbaycan və Ermənistan liderlərinin yaxın vaxtlarda görüşmək təklifini qəbul etdikləri qeyd olunub.