İyunun 20-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.
Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə təşkil olunacaq.