• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:40 15 aprel 2019

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü həmsədrlərin iştirakı ilə davam edir

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam edir.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunur.

Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edir.

Həmçinin martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşün yekunlarına dair qapalı məsləhətləşmələr də aparılacaq.

Bir qədər əvvəl nazirlərin Rusiya xarici işlər naziri Sergey Lavrovla üçtərəfli görüşü olub.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR