Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə ATƏT-in Minks qrupu həmsədrləri də iştirak edəcək.
ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə Rusiya xarici işlər nazir Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnasakanyan arasında aprelin 15-də keçiriləcək görüşdə iştirak edəcək.