Slovakiyanın paytaxtı Bratislava şəhərində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.
APA-nın Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, görüş dekabrın 4-də baş tutacaq.
Görüşün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə ATƏT-in Nazirlər görüşü çərçivəsində keçirilməsi nəzərdə tutulur.