• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    00:37 26 oktyabr 2020

Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyanın birgə görüşü keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatında bildirilib.

Məlumata görə, həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşəcəklər.

"Həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşərək razılaşdırılacaq qrafikə əsasən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün Azərbaycan və Ermənistan liderləri tərəfindən qəbul edilən baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gəlməyi qəbul ediblər", - deyə bəyanatda bildirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR