“Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ və 7 rayonun ətrafında Azərbaycanın yaşayış məntəqələri yerləşir. Ermənistan işğal etdiyi həmin rayonlardan davamlı olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur”.
APA-nın məlumatına görə, bunu bu gün xarici ölkələrin səfirləri, diplomatları üçün keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
C. Bayramov deyib ki, Ermənistanın dünəndən həyata keçirdiyi təxribat nəticəsində 6 mülki şəxs həyatını itirib: “Son məlumata görə, 19 nəfər yaralanıb”.