Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
ONA-nın Qarabağ bürosunun xəbərinə görə, diplomatlar səfər çərçivəsində Füzuli rayonunun Horadiz şəhərində aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə qarşısında əklil qoyaraq şəhidlərin xatirəsini yad ediblər.
Daha sonra Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgər və zabit heyəti ilə birgə aprel zəfərinin ildönümü ilə əlaqədar Cocuq Mərcanlı-Şuşa yolunun kənarlarına ağac əkilib.
Diplomatlar Cocuq Mərcanlı kəndinin sakinləri ilə görüşdən sonra Cocuq Mərcanlı məscidinə baş çəkiblər.