• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:01 25 fevral 2019

Azərbaycan XİN: “Lazerev klubu” fəaliyyətində dəyişiklik etməyib

“İlk iclasla bağlı etirazlardan sonra “Lazerev klubu”nun təşkilatçıları onun fəaliyyətində heç bir dəyişiklik etməyiblər. Martı 5-6-a təyin olunmuş növbəti iclasa da separatçı rejimin nümayəndələrini dəvət edəcəklərini bəyan edirlər”.

ONA xəbər verir ki, bu barədə XİN-in sözçüsü Leyla Abdullayeva bildirib. Onun sözlərinə görə, bu klubun fəaliyyəti Rusiya və digər həmsədr ölkələrin münaqişənin həlli ilə bağlı səylərinə uyğun gəlmir. L. Abdullayeva bildirib ki, tədbirdə qondarma rejimin nümayəndələrinin iştirakının qarşısı alınmayacağı təqdirdə ortaya suallar çıxacaq.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR