“Badamdar qəsəbəsində torpaq sürüşməsi əvəəl baş verdiyi ərazidə aktivləşib. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və rayon Polis İdarəsinin rəisi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri dərhal hadisə yerinə gəliblər”.
Bunu APA-nın hadisə yerində olan müxbirinə açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxəmmədov bildirib.
Onun sözlərinə görə, ilkin müşahidə zamanı məlum olub ki, 1 ictimai iaşə obyekti, 2 fərdi yaşayış evi zərər görüb. Həmin evlərdə yaşayan sakinlər dərhal təxliyə edilib: “Eyni zamanda sürüşmə zamanı torpaq altında 1 minik avtomobili qalıb. Xoşbəxtlikdən heç bir tələfat yoxdu”.
***
22:20
Bakının Səbail rayonu ərazisində Badamdar şossesində baş verib torpaq sürüşməsi ilkin məlumata əsasən, əvvəl qeydə alınan hissədə aktivləşib.
APA-nın müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov əraziyə gəlib.
Sürüşmə nəticəsində 1 iaşə xidməti obyekti və 2 fərdi yaşayış evi zərər görüb.
Ətrafda yaşayan insanlar təxliyə olunub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Səbail Rayon Polis İdarəsinin rəhbəri Cavid Muradov və polis əməkdaşları da cəlb olunub.
Dağıntılar altında “Mersedes” markalı avtomobilin qaldığı bildirilib.
Əlavə məlumat veriləcək.
***
22:02
akının Səbail rayonu ərazisində “20-ci sahə”-dən Badamdar qəsəbəsinə gedən yolda – Bayıl yamacında torpaq sürüşməsi baş verib.
APA xəbər verir ki, hadisə nəticəsində yol tamamilə bağlanıb.