• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:12 5 mart 2019

Bakıda hərbi işğal altındakı ərazilərə dair beynəlxalq konfrans keçirilir

Bakıda “Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsiri” mövzusunda beynəlxalq konfrans keçirilir.

ONA-nın məlumatına görə, konfransda xarici işlər naziri Elmar Məmmədyarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, beynəlxalq ekspertlər və bir sıra ölkələrin səfirləri iştirak edir.

E.Məmmədyarov çıxışında bildirib ki, işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyətlər sülh və təhlükəsizliyə təhdiddir: “Azərbaycan işğalla üzləşib və hüquqi əsasları var ki, bu məsələnin həllinə iddialı olsun. BMT Təhlükəsizlik Şurasına üzv ölkələr bu məsələyə dair mövqe bildiriblər. Bu, yalnız bir qətnamədə öz əksini tapmayıb. Qətnamələrdə tələb olunur ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən geri çəkilsinlər”.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR