Bakının Nərimanov rayonunda yol qəzası zamanı 4 nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Həsən Əliyev və Koroğlu Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb.
"Toyota" markalı avtomobil Koroğlu Rəhimov küçəsi ilə hərəkətdə olan zaman H.Əliyev küçəsi ilə gələn "Daewoo" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən "Daewoo" səkiyə dəyib. Avtomobil deformasiyaya uğrayıb. "Daewoo"nun sürücüsü və iki sərnişin ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. "Toyota"nın sürücüsü isə ambulator yardımdan sonra evə buraxılıb.
3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilən yaralılardan biri evə buraxılıb. Digər iki nəfər - 1989-cu il təvəllüdlü Heybətov Toğrul Bəşir oğlu və onun həyat yoldaşı, 1990-cı il təvəllüdlü Heybətova Tamella Əfqan qızı xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə yerinə baxış keçirən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının verdiyi məlumata görə, qəzaya səbəb avtomobillərdən birinin işıqforun qırmızı işığında keçməsi olub.