• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:24 17 oktyabr 2020

Baş Prokuror: "Ermənilər cəbhədə hər böyük məğlubiyyətindən sonra belə üsula əl atırlar"

“Ermənistan tərəfi ancaq dinc əhalini hədəf alırlar. Cəbhə bölgəsindən 100 km uzaqda yerləşən şəhərə raket atmaq ancaq acizlikdən xəbər verir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Ermənistan ordusunun Gəncəyə növbəti raket hücumu nəticəsində dağılmış ərazilərə baş çəkən Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, ermənilər cəbhədə hər böyük məğlubiyyətindən sonra belə üsula əl atırlar: “Onların cavabı layiqincə veriləcək”.

Kamran Əliyev növbəti raket hücumu ilə bağlı cinayət işinin başlandığını bildirib: “Cinayət işi başlanıb, sübutlar toplanır. Sübutları toplamaqda əsas məqsəd Ermənistanın siyasi rəhbərliyinin gələcəkdə beynəlxalq məhkəmədə cinayət məsuliyyətinə cəlb olunmasına nail olmaqdır. Onların həm siyasi, həm hüquqi məsuliyyətə cəlb olunması üçün bütün daxili və beynəlxalq mexanizmlərdən istifadə edəcəyik”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR