• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:56 8 may 2019

Bayram Səfərov: "Sülh danışıqlarına inanmıram"

"Mən sülh danışıqlarına inanmıram".

ONA-nın məlumatına görə, bu sözləri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

O bildirib ki, hər il verilən vədlər, yalanlar 27 ildir, davam edir: "Mən beynəlxalq təşkilatların, istər ATƏT-in Minsk qrupunun, istər ABŞ-ın boş vədləri, bir neçə sifətli siyasətləri barədə artıq danışmaq istəmirəm. Hamı bilir ki, bunlar yalan vədlərdir. Hamı bilir ki, BMT-nin 4 qətnaməsinin olmasına baxmayaraq, o dövlətlər haqq sözünü demir. Yeri gələndə ermənipərəstlik etmələri bizim xalqımızın diqqətindədir. Ona görə də biz möhtərəm Prezidentimizin apardığı siyasəti, onun ordu quruculuğunda gördüyü işləri yüksək qiymətləndiririk. Azərbaycan Ordusunun Aprel döyüşlərində göstərdiyi şücaət bütün dünya ictimaiyyətinə göstərdi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ali Baş Komandanın bir kəlmə əmri lazımdır, əgər o əmr edərsə, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcək. Mən öz fikrimi deyirəm. Çox sülh danışıqları deyirik, amma mən sülh danışıqlarına inanmıram. Mən inanıram ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə yaxın gələcəkdə torpaqlarımızı işğaldan azad edəcək. Biz hamımız doğma Şuşamıza, işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq və üç rəngli bayrağımız doğma Şuşamıza, Xankəndində, Ağdamda və işğal olunmuş başqa torpaqlarımızda dalğalanacaq".

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR