"Ümid edirəm ki, belə faciələr bir daha baş verməyəcək". Bu sözləri ONA-ya açıqlamasında Xocalı faciəsi ilə bağlı anım tədbirinə qatılan Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib. O, Azərbaycan xalqının acısını bölüşdüklərini əlavə edib: “Bu faciənin üstündən illər keçməsinə baxmayaraq ümid edirəm ki, günahkarlar öz cəzasını alacaq”.