• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:39 16 mart 2019

Prezident Administrasiyası: Dağlıq Qarabağla bağlı danışıqlar formatı dəyişdirilə bilməz

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatı dəyişdirilə bilməz”.

ONA-nın xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Şöbə müdiri bildirib ki, danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır.

H. Hacıyev qeyd edib ki, Azərbaycan çox uğurlu regional əməkdaşlıq modelləri qurub: “Bütün bunlar Azərbaycanın maraqlarına xidmət etməklə bərabər, tərəfdaşlarımızın, qonşularımızın da maraqlarına xidmət edir. Burada nəqliyyat dəhlizlərini, enerji layihələrini qeyd edə bilərik. Bütün bu proseslərdən kənarda qalan isə Ermənistandır. Əgər Ermənistanın indiki hakimiyyəti regional proseslərdə iştirak etmək istəyirsə, Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalı və qonşu dövlətlərlə sivil şəkildə davranaraq, mehriban qonşuluq siyasəti həyata keçirməlidir”.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR