Ermənistan prezidenti Armen Sarkisyan və BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında martın 29-da Vyanada baş tutmuş görüşü müzakirə ediblər.
ONA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Bildirilir ki, tərəflər Ammanda Dünya İqtisadi Forumunda görüşüblər.
Bildirilir ki, BMT baş katibi Vyanada baş tutmuş görüşü alqışlayıb və münaqişənin sülh yolu ilə həllinə alternativ olmadığını bildirib.
Xatırladaq ki, martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri və Azərbaycan və Ermənistan xarici işlər nazirləri də iştirak ediblər.