• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    14:14 9 aprel 2019

BMT-nin qaçqınlar üzrə ali komissarının nümayəndəsi: "İnanıram ki, bir gün məcburi köçkünlər öz yurdlarına dönəcəklər”

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasetti məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmaq məqsədilə Ağdama səfər ediblər.

ONA-nın Qarabağ bürosunun xəbərin görə, Ağdamda Rayon icra Hakimiyyətinin başçısı Vaqif Həsənov qonaqlarla görüşdə onlara rayonu cəbhə xəttində yerləşməsi və bunun üçün yerli sakinlərin təsərrüfat işlərində çətinliklərin yaranması barədə məlumat verib. Bildirib ki, bütün çətinliklərə baxmayaraq rayonun cəbhəyanı yaşayış məntəqələrində iqtisadi göstəricilər maksimum həddə çatıb.

Qonaqlar Ağdamın cəbhə xəttində yerləşən Əfətli kəndinə gedərək Ağdam şəhərindən məcburi köçkün düşən şəhid anası Qənirə Əmrahovaya baş çəkiblər. Daha sonra İmamqulubəyli köçkün qəsəbəsinə gələn BMT nümayəndələri məcburi köçkünlərlə görüşüblər.

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan dövləti məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün xeyli iş görüb: “ 22 il əvvəl mən burada məcburi köçkünlərin ağır, məşəqqətli həyatların müşahidə etmişdim. İndi vəziyyət ürəkaçandır, Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlər üçün gözəl qəsəbə salınıb. Amma demək olmaz ki, bütün problemlər həll olunub, bütün ehtiyaclar qarşılanıb. Biz məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün digər agentliklərin bu problemlərə diqqət yetirməsinə çalışırıq. Mən inanıram ki, bir gün məcburi köçkünlər öz yurdlarına dönmək imkanı əldə edəcəklər”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR