• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:46 14 aprel 2020

Britaniya Dağlıq Qarabağda “prezident seçkiləri”nin ikinci turunu da tanımır - SƏFİRLİK

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi aprelin 14-də Dağlıq Qarabağda baş tutacaq “prezident seçkiləri”nin ikinci turu ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda bildirilib ki, Böyük Britaniya aprelin 14-də Dağlıq Qarabağda baş tutacaq “prezident seçkiləri”nin ikinci turunu da tanımır.

“Böyük Britaniya bir daha ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin sülh prosesindəki rolunu dəstəklədiyini vurğulayır. Biz beynəlxalq hüququn bütün dünyada tanınan prinsip və normalarının əhəmiyyətini vurğulamaqla bərabər, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik. Biz Azərbaycan və Ermənistanı münaqişənin sülh yolu ilə həll olunması və etimadın yaradılması üçün səylərini sürətləndirməyə çağırırıq”, - deyə səfirliyin məlumatında qeyd olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR