• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:24 10 noyabr 2020

Çavuşoğlu qələbə münasibətilə Ceyhun Bayramovu və Azərbaycan xalqını təbrik edib

10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, Türkiyə Xarici İşlər naziri qələbə münasibətilə nazir Ceyhun Bayramovu və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib.

Bir millət, iki dövlət olaraq, Azərbaycanın bu sevincinin Türkiyə tərəfindən paylaşıldığını vurğulayıb.

Nazir Ceyhun Bayramov hər zaman Azərbaycan xalqının yanında olduğu, ölkəmizin haqq mövqeyinə münasibətdə qəti dəstəyini heç bir zaman əsirgəmədiyi, sevincimizi və kədərimizi bölüşdüyü üçün qardaş Türkiyəli həmkarına və bütün Türkiyə xalqına təşəkkürünü bildirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR