Rusiya Federasiyasında, Dağıstanın Qızılyar şəhərində naməlum şəxs odlu silahla iki yerli sakini yaralayıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.
“Axşam saat 21:30 radələrdində (Bakı vaxtı ilə 22:30) Qızılyar şəhərində naməlum silahlı şəxs iki yerli sakini yaralayıb”, - DİN-in məlumatında belə deyilir.
Məlumata görə, hazırda cinayətkarın axtarışı aparılır.