Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər Karen Karapetyanın ölümü ilə bağlı cinayət işi başladılıb.
ONA-nın “news.am”a istinadən verdiyi məlumata görə, onun ölümündə şübhəli bilinən əsgər yoldaşı saxlanılıb.
Qeyd edək ki, hadisə ötən gün baş səhər saatlarında baş verib. Erməni əsgər naməlum şəraitdə aldığı güllə yarasından ölüb.