“Birinci Ağalı kəndi. Bura da dağıdılıb. Amma bəzi evlər qalıb. Ermənilər bizim evlərimizdə yaşayıblar. Daha bəsdir, özümüz yaşayacağıq öz evlərimizdə. Onlar da getsinlər öz vətənlərində yaşasınlar”.
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Zəngilan rayonunun Birinci Ağalı kəndinə səfəri zamanı deyib.